Zoologiya İnstitutu: Azərbaycanda sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqlıqları aşkarlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu tərəfindən 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında aparılan  tədqiqatlar nəticəsində 30 növ iynəcə, 10 növ otbiçən, 15 növ alaca kəpənəyi, 38 növ qarışçı kəpənəyi, 8 növ parabüzən, 9 növ arı, 64 növ hörümçək, 12 növ fır gənəsi qeydə alınıb.

Bu barədə APA-ya Zoologiya İnstitutunun şöbə müdiri Vüsalə Nərimanova məlumat verib.

Onun sözlərinə görə, 3 növ hörümçək, 1 növ fır gənəsi Azərbaycan faunası üçün yenidir: “Gənələrlə aparılan tədqiqatlar zamanı Qafqaz faunası üçün yeni fəsilə aid “Erythraeidae” aşkarlanıb”.

DİASPOR.AZ