Zəlzələdə ölənlərin sayı 80-ə çatıb

Ötən həftdə Papua-Yeni Qvineyada baş verən 7,5 bal gücündə zəlzələdə ölənlərin sayı 80 nəfərə çatıb.

7News.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyəti məlumat verib.

Qeyd edək ki, daha əvvəl azı 30 nəfərin öldüyü açıqlanmışdı. Ötən gün 6 bal gücündə yenidən baş verən zəlzələ isə fəlakətdən zərər çəkən rayonlarda situasiyanı daha da çətinləşdirib. Ölü sayının artacağı istisna edilmir.

DİASPOR.AZ