Vladimir Putin Bakıda rusiyalı cüdoçuya necə azarkeşlik etdi – VİDEO

Azərbaycan və Rusiyanın dövlət başçıları Bakıda keçirilən Cüdo üzrə Dünya Çempionatının sonuncu – səkkizinci günündə qarışıq komanda yarışlarını müşahidə ediblər.

Prezident İlham Əliyev və Bakıya işgüzar səfərə gəlmiş Rusiya prezidenti Vladimir Putin Milli Gimnastika Arenasında keçirilən qarışıq komanda yarışlarına baxıblar.

Bu yarışları həmçinin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də izləyib. (sputnik.az)

Diaspor.az