Tanınmış diaspor liderinin doğum günüdür

Bu gün Azərbaycan diasporunun tanınmış simalarından birinin doğum günüdür.

Diaspor.az xəbər verir ki, Rusiya Federasiyasının Ulyanovsk vilayətində Azərbaycan diasporunun lideri İslam Hüseynovun bu gün 58 yaşı tamam olur.

İ.Hüseynov 10 may 1969-cu ildə Bakı şəhərində alim ailəsində dünyaya gəlib. O, 1986-cı ildə Azərbaycan Dövlət Texniki Universitetində təhsilini davam etdirib.

1990-cı ildən ailəsi ilə birgə Ulyanovsk şəhərində yaşayır.

İ.Hüseynov Ulyanovskda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, iki dövlətin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Qeyd edək ki, İ.Hüseynov Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına gətirilən faciələrin Ulyanovskda qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə İslam Hüseynovu“Tərəqqi” medalı ilə təltif edib.

Diaspor.az