Qorxulu proqnoz: Canlıların yarısı məhv olacaq – VİDEO

İqlim dəyişikliyi ilə bağlı beynəlxalq razılaşmalar əsasında, atmosferə buraxılan zərərli qazların miqdarı ixtisar olunsa belə, bu təbiət üçün ağır fəsadların qarşısını ala bilməyəcək.

7News.Az-ın “Euronews”-a istinadən verdiyi xəbərə görə, dünyada orta temperatur 4.5 dərəcə qalxacağı təqdirdə, bu təbiətdə olan canlı növlərin 48 faizinin yoxa çıxmasına səbəb olacaq.

Söhbət indiki hava çirklənməsi və iqtisadi aktivlik səviyyəsinin davamlı olacağı halda proqnozlaşdırılan qlobal istiləşmədən gedir.

2015-ci ilin Paris iqlim paktının tələbləri yerinə yetirilsə belə, temperaturda bir neçə dərəcəlik fərq, təbiətdə hər dördüncü növün yoxa çıxmasına gətirib çıxaracaq.

Bundan ən çox fauna və florası ilə zəngin Amazon bölgəsi, Madaqaskar və Qalapaqos adalarının ziyan görəcəyi bildirilir.

DİASPOR.AZ