“PAŞA Həyat” 2017-ci ilin nəticələrini açıqlayıb

Ölkənin ən iri həyat sığorta şirkəti olan “PAŞA Həyat” ASC 2017-ci ilin audit olunmuş, MHBS-ya uyğun hazırlanmış maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.

Şirkətin Baş Maliyyə İnzibatçısı Dilarə Babayevanın “APA-Economics”ə verdiyi məlumata görə, “PAŞA Həyat”ın hesabat ilindəki xalis mənfəəti 17,33 mln. manat (2016-cı ilin nəticələri ilə müqayisədə 36,5% artım) təşkil edib: “O cümlədən, 31 dekabr 2017-ci il tarixə olan hesabatına əsasən məcmu aktivlərin həcmi 218,23 milyon manat olub. Bu göstəriciyə görə hazırda Azərbaycanın ən iri sığorta şirkəti statusuna yiyələnən “PAŞA Həyat” aktivlərinin həcmini son 1 il ərzində 40 faizdən çox artırıb”.

Hesabata əsasən, 2017-ci ilin sonuna şirkətin məcmu kapitalı 58,19 mln. manat (+7,5%), məcmu öhdəlikləri 160,04 mln. manat (+58%) təşkil edib.

DİASPOR.AZ