Oqtay Əsədov prezident seçkilərində səs verib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov prezident seçkilərində səsvermədə iştirak edib.

APA-nın məlumatına görə, parlamentin spikeri 23 saylı Nəsimi-Səbayel Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində səs verib.

Oqtay Əsədov deyib ki, seçkilərin Azərbaycan xalqının xeyrinə olacağına əmindir: “Azərbaycan bundan sonra da inkişaf edəcək”.

DİASPOR.AZ