Nazim İbrahimov diaspor rəhbərinə “Tərəqqi” medalını təqdim edib

DİASPOR.AZ xəbər verir ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 28 dekabr 2017-ci il tarixli sərəncamı ilə təltif olunan Ukraynanın Dnepropetrovsk vilayətindəki Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyevə “Tərəqqi” medalı təqdim olunub.
Dövlət mükafatını Qüdrət Hacıyevə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov təqdim edib.
Nazim İbrahimov bildirib ki, uzun illərdir diaspor sahəsində fəaliyyət göstərən Qüdrət Hacıyev Azərbaycanın mənafelərinin və dövlətçiliyimizin qorunmasında böyük xidmətlər göstərib. Onun Azərbaycan diasporunun inkişafı sahəsində və xalqlar arasında dostluğun möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən bu mükafata layiq görüldüyünü deyən Nazim İbrahimov Qüdrət Hacıyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qüdrət Hacıyev isə öz növbəsində onun fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısına minnətdarlığını bildirib və bundan sonra diasporun, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafında daha böyük həvəslə çalışacağını əlavə edib.
Təqdimat mərasimində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Məclisinin sədri Akif Gülməmmədov da iştirak edib.

 DİASPOR.AZ