Merkel: Türkiyənin Almaniyanın iqtisadi yardımına ehtiyacı yoxdur

Türkiyənin hələlik Almaniyanın yardımına ehtiyacı yoxdur.

Oxu.Az-ın xəbərinə görə, bunu Almaniya kansleri Angela Merkel deyib.

Qeyd edək ki, Almaniya Sosial-Demokrat Partiyasının lideri Andrea Nahles bu günlərdə Almaniya hökumətinin iqtisadi sıxıntılara qarşı Türkiyəyə yardım etməyi düşünməsinin vacibliyini dilə gətirib.

Bu yöndə başlanan müzakirələrə isə Merkel son nöqtəni qoyub.

“Türkiyənin hazırda Almaniyadan gələcək əlahiddə bir iqtisadi yardıma ehtiyacı yoxdur. Türkiyə buna ehtiyac duymur”, – Merkel bildirib.

Diaspor.az