Məmməd Arazın yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçiriləcək

“III Məmməd Araz Poeziya günü” və Məmməd Arazın anadan olmasının 85 illik yubileyi münasibəti ilə şeir müsabiqəsi keçirilir.
Qaynarinfo xəbər verir ki, müsabiqəni Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi təşkil edir.
Əəsər qəbulunun şərtləri aşağıdakı kimidir:
Müsabiqəyə yalnız çap olunmamış şeirlər qəbul edilir. Şeirlər Məmməd Araz yaradıcılığına aid olmaya da bilər, məqsəd görkəmli şairə həsr olunmuş müsabiqədə ən yaxşı şeiri seçməkdir.
Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.
Müsabiqəyə əsər qəbulu 2018-ci ilin 15 aprelindən həmin ilin 15 iyulunadək qədər davam edəcək.
Mükafatlandırılma mərasimi 2018-ci ilin oktyabr ayında – şairin doğum günü ərəfəsində keçiriləcək.
Müsabiqə üçün əsərlər gardashxan.eziz@gmail.com elektron ünvanına göndərilir və ya AYB Yaradıcılıq məsələləri üzrə katibliyə təqdim edilir.
Müsabiqədə I yerin sahibi Məmməd Araz adına “Qartal” mükafatına, I dərəcəli diploma və qiymətli hədiyyəyə layiq görüləcəkdir. II və III yerlərə layiq görülənlər diplom və qiymətli xatirə hədiyyələri ilə təltif ediləcəkdir.
Müsabiqədə seçiləcək şeirlərin poetik məziyyətləri nəzərə alınmaqla daha bir neçə nominasiya üzrə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.
Müsabiqə iştirakçısı göstərilən e-mailə, yaxud müvafiq katibliyə şəxsiyyət vəsiqəsinin surətini (e-mailə elektron surətini), ədəbi təxəllüsünü göndərməli və ya təqdim etməli, əlaqə nömrəsini, ya da elektron poçtunu bildirməlidir.
Müsabiqənin iş prosesi:
Əsərlər nömrələnmiş qaydada (imzasız) işçi qrupuna verilir, işçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflərə təqdim edir. Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir. Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir. Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır. Qaliblərin şeirləri və digər seçilən əsərlər almanaxda nəşr ediləcək.
Qeyd: Müsabiqəylə bağlı suallarla əlaqədar gardashxan.eziz@gmail.com elektron ünvanına yazmaq, yaxud 055-203-34-26 mobil nömrəsinə zəng etmək olar.
DİASPOR.AZ