İsrail səfiri Türkiyəni tərk etdi

İsrailin İstanbuldakı baş konsulu Yosef Levi Sfari Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Modern.az “Anadolu ajansı”na istinadən xəbər verir ki, baş konsuldan bir müddətliyinə öz ölkəsinə qayıtmaq tələb edilib.

Baş konsulun ölkədən çıxarılmasının əsas səbəbi kimi Qəzza zolağında baş vermiş gərginlik və fələstinlilərin İsrail əsgərləri tərəfindən qətl edilməsi göstərilib.

Siyasi mənbələrə görə Türkiyənin bu addımı Qüdsdəki baş konsul Gürcan Türkoğlunun İsrail Xarici İşlər Nazirliyinə çağırılaraq Türkiyəyə qayıtmağı tələb olunması ilə bağlı olub.

Qeyd edək ki, Türkiyə mayın 15-də İsrailin Ankaradakı səfiri İtan Nehi də ölkədən çıxarıb. Bundan əlavə Türkiyə həmçinin Vaşinqtonqadkı və Təl-əvivdəki səfirlərini məsləhətləşmələr üçün ölkəyə çağırıb.

Diaspor.az