İlhan Aşkın- Çox istərdik ki gələcəkdə vahid Kordinasiya Şuraları Federasiyası yaradılsın

Avropa Azərbaycanlıları Konqresi sədri Sahil Qasımovla bağlı son bir neçə ayda baş verən hadisələr AAK-də təmsil olunan bir sıra təşkilat rəhbərlərinin AAK-da qalıb-qalmamaqla bağlı mövqelərini dəqiqləşdirib.

Diaspor.az xəbər verir ki, Veteninfo.az-a bununla bağlı açılama verən Avropadakı mübariz diaspor rəhbərlərindən Hollandiya Azərbaycan-Türk Mədəniyyət Cəmiyytinin sədri İlhan Aşkın bildirib ki, Sahil Qasımov və onunla birlikdə AAK-nin fəaliyyətini bu vəziyyətə salan bütün səlahiyyətli şəxslər istefa verməli və AAK-nin yeni rəhbərliyi seçilməlidir: “Əks təqdirdə Hollandiya Azərbaycan-Türk Mədəniyyət Cəmiyyəti Sahil Qasımovun sədri olduğu AAK-də təmsil olunmayacaq”.

İlhan Aşkın qeyd edib ki, Sahil Qasımov və ətrafı AAK-ın imicində elə bir zərbə vurublar ki, bu təşkilat bir daha özünə gəlməyəcək: “Hə əgər onlar bu vəziyyətdən çıxış yolu kimi, AAK-ın adın dəyişik başqa ad qoysalar belə, yenə də o təşkilat ölü bir təşkilat olaraq qalacaq. Biz təşkilat olaraq Sahil Qasımovun və ətrafının adı keçdiyi,təmsil olunduğu heç bir təşkilatda olmayacağıq”.

Diaspor rəhbəri vurğulayıb ki, son günlər Diaspor Komitəsi sədri Fuad Muradovun Avropa ölkələrinə səfəri və Almaniya,Fransa və digər Avropa ölkələrində Kordinasiya Şuralarının yaradılması vacib bir amil idi və bu KŞ-nın yaradılması AAK-ın qalmasına ehtiyac qoymur: ” iz çox istərdik ki, bu KŞ-nın gələcəkdə vahid Kordinasiya Şuraları Federasiyası yaradılsın.

Bu yaranacağı təqdirdə, KŞF-da müxtəlif Avropa ölkələrindəki KŞ-ı təmsil oluna bilər. Bu gün qardaş Türkiyənin Avropadakı diaspor təşkilatları belə bir Federasiyaya sahibdirlər. Bizim belə bir işi həyata keçirməyimiz bir qədər çətin ola bilər. Amma çalışılsa olar”. İlhan Aşkın qeyd edib ki, AAK-nin sədri Sahil Qasımov özü bilərəkdən AAK daxilində narazılıq abu-havası yaratmaq yolu seçdi və İH-nin ona yaxın olan və olmayan yolu tutaraq hərəkət etməsinin nəticəsində, illərdir min bir əməyin nəticəsində formalaşdırılan bir təşkilat çökdü: “Sahil Qasımovun ən böyük yanlış addımı,verdiyi qərarlarda idi. Onun son qərarlarına diqqət yetirin. Bu adam AAK-ın inkişafı üçün bütün gücü ilə çalışan AAK-nin 1-ci vitse prezidenti Fizuli Məmmədova qarşı necə bir qanunsuz addım atdı? Sahil Qasımovun səfləri saymaqla qurtarmaz. Amma o özü də anlayışla qəbul etməlidir ki, onun AAK-da qalıb-qalmaması AAK-ni düşürdüyü vəziyyətdən qurtara bilməyəcək.

Ən doğru yol onun AAK-dan getməsidir.Əgər AAK-da inkişaf,tərəqqi,yenilik istəyən varsa,bilməlidirlər ki, bu Sahillə mümkün olmayacaq. Adam AAK-ın fəaliyyəti ilə bğalı bu günə kimi,istər maliyyə məsələləri olsun,istər digər məsələlər haqqında bir dənə də olsun hesabat verməyib. Rəhəbri olduğu təşkilatda məsuliyyətini bilib hesabat verməyənin o təşkilatda nə işi var? Sahil Qasımov da bütün bu dediklərimi diqqətə alıb Qurultay keçirməli və AAK rəhbərliyindən getdiyini bəyan etməlidir. Bayaq da dedim. Dövlət Komitəsi rəhbərliyinin iştirakı ilə KŞ-nın yaradılması AAK-ın tarixin arxivinə də göndərir.Bu təşkilat artıq məncə gərəksiz bir təşkilata çeviləcək”.

İlhan Aşkın onuda bildirdi ki, o artıq bir neçə ildir ki, erməni diasporası ilə üz-üzədi və yaxın günlərdə məhkəmə prosesi yenidən başlayacaq: Mən o zaman məhkəməyə veriləndə və hakim qarşısında ermnilərə qarşı təkbaşına duranda Sahil Qasımov Amisterdamda Bolqarıstandan olan türklərlə oteldə guya nələrisə müzakirə edirdi. Bu adam bir kərə olsun bu prosesdə yanımızda olmadı.Belə bir adam necə AAK sədri ola bilər axı”.

Diaspor.az