“İkinci infarktı keçirə bilərəm ki, bu da çox təhlükəlidir” – SƏBUHİ MƏMMƏDLİ

 

Xəbər verdiyimiz kimi tanınmış araşdırmaçı jurnalist və reportyor Səbuhi Məmmədli Ukraynada əməliyyat olunub. Hazırda Bakida olan Səbuhi bəy yenidən Ukraynanın Poltava şəhərinə qayıdıb. O iki ürək əməliyyatı keçirməlidir. Onun ürəyinə iki stent qoyulmalıdır. Bundan başqa jurnalist Mirqorod şəhərində qaraciyər və şəkərli diabetdən də müalicə olunmalıdır.

Elə tanınmış jurnalistlə də, bu və ya digər məqamlarla bağlı söhbət etdik:

– Səbuhi bəy, hazırda səhhətiniz necədir?

– Müəyyən ağrılarım qalır. Xüsusən sinəmdə və kürək nahiyyəmdə. Çünki məni müalicə edən həkimim kardio-cərrah Roman Ryabuşko bildirdi ki, sənə daha iki stent qoyulmalıdır. Əks halda ciddi fəsadlarla üzləşə bilərəm. Söhbət ondan gedir ki, ürək damarlarından biri artıq 85 faiz, o biri isə 70 faiz el dilində desək tutulub. Yəni ikinci infarktı keçirə bilərəm ki, buda çox təhlükəlidir. Ona görə də,  oktyabrın 15-dək mütləq yenidən Poltavaya getməliyəm.

Bildiyimizə görə, sizin müalicənizlə bağı yardım kampaniyası başlayıb. Bu sahədə işlər necə gedir?

– Düzünü desək uzun müddət işləmədiyimə görə, maddi sıxıntılarım var,  ona görə də, dostlara, həmkarlara, məni tanıyanlara müraciət etdim. Amma təəssüf ki, işlər o qədər də uğurlu getmir. Hələlik çox cüzi məbləğ yığılıb. Yəni biletin pulu eləmir. Mənim xarakterim kiməsə ağız açmağa imkan vermir. Hə, kampaniya elan olunub. Dostlar Facebook-da çoxsaylı paylaşımlar edirlər. Amma hələlik layk yığıram. (Gülür) Ümidimi isə üzmürəm. Məsələn dünən Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişində mənimlə bağlı Mətbuat Şurasnın sədri Əflatun Amaşova, bəzi media kapitanlarına müraciət etdi. Güman edirəm ki, hörmətli sədrimiz və Şura məni dəstəkisiz qoymayacaq. Eləcə də başqa jurnalist dostlar. Yeri gəlmişkən, şəffafıq olsun deyə sabah indiyədək  hesabıma pul köçürələrin siyahısını da açıqlayacam. İki stentin qoyulması və qara ciyərlə şəkərli diabetn müalicəsi, qalmaq, qidalanma və dərmanlarla birgə təxmini xərc 6200-6500 manat edir. Bura yol pulu və digər xərclər də daxildir.

– Bildiyimizə görə,  Ukraynaya şəkərinizi müalicəyə etməyə getmişdiz və gözləmədiyiniz halda infarktla üzləşdiz. Həmin vaxt kimlər sizə dəstək olmuşdu?

– Həqiqətən geniş infarkt mənim üçün pis sürpriz oldu. Mən Mirqorodda şəkəri müalicə edərkən qəfil ürəyim tutdu. Məni əslində ölümdən qurtardılar. Təsəvvür edin ki, ürək damarlarımdan biri 99 faiz tutulmuşdu. Bir yandan da qara ciyərimin ağır vəziyyəti və şəkərli diabet. Hər halda sağ olsunlar, xilas etdilər.

O ki qaldı dəstəyə,  ilk növbədə APA holdinqin preziednti Vüsalə Mahirqızına və Mətbuat Şuraının bəzi üzvlərinə minnətdaram. Millət vəkili Azay Quliyev, Nazim Bəydəmirli, vəkil Aslan İsmayılov da bacardıqları köməyi etmişdilər.

İnfarkt mərhələsində isə Disporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı səhhətimlə maraqlandı. Və Komitə sədri Fuad Muradov cənablarının göstərişiylə Ukraynadakı diaspora hərəkətə keçdi. Diaspora lideriləri Rövşən Tağıyev və Hikmət Cavadov əməliyyatın xərclərini və dərmana xərclənən vəsaiti ödədilər. Fuad müəllimin və adı çəkilən təşkilat rəhbərlərinin əziyyətini heç vaxt unutmaram.

Bu arada, Poltavada yaşayan həmyerlimiz İlham Kərimov və onun həyat yoldaşı Alla xanıma dərin hörmətimi bildirrəm. Bu sadə insanlar demək olar ki, hər gün mənə baş çəkir. Necə deyərlər darıxmağa qoymurdular. Ümumiyyətlə. Ukrayna “macəram”la bağlı bir neçə yazı hazırlamaq istəyirəm.

– Yazı demişkən, iş məsələniz nə yerdədir

– Bütün münasib iş təkliflərinə açıqıq.

“İkinci infarktı keçirə bilərəm ki, bu da çox təhlükəlidir” – SƏBUHİ MƏMMƏDLİ
“İkinci infarktı keçirə bilərəm ki, bu da çox təhlükəlidir” – SƏBUHİ MƏMMƏDLİ
“İkinci infarktı keçirə bilərəm ki, bu da çox təhlükəlidir” – SƏBUHİ MƏMMƏDLİ
“İkinci infarktı keçirə bilərəm ki, bu da çox təhlükəlidir” – SƏBUHİ MƏMMƏDLİ
“İkinci infarktı keçirə bilərəm ki, bu da çox təhlükəlidir” – SƏBUHİ MƏMMƏDLİ
“İkinci infarktı keçirə bilərəm ki, bu da çox təhlükəlidir” – SƏBUHİ MƏMMƏDLİ

Diaspor.az