Gürcüstanda azərbaycanlı heroinlə saxlanılıb

Gürcüstanın Marneuli rayonunda qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən azərbaycanlı saxlanılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, 1979-cu il təvəllüdlü A.A. adlı şəxsin üzərində tərkibində 19,45 qram heroin olmaqla, 32,03 qram narkotik vasitə aşkar edilərək müsadirə edilib.

Saxlanılan şəxs günahını etiraf edib.

Gürcüstan DİN faktla bağlı istintaq aparır.

DİASPOR.AZ