“Geri çəkilən deyiləm” – “Faytonçu” Nazimi pulla susdurmaq istədilər

Nazim Pişyarini əməliyyatla pis hala salan həkim Elman Əzimov bağışlanması üçün müğənniyə minnətçi düşüb.

Bu barədə Yenicag.az-a müğənni özü açıqlama verib:

“Hazırda istintaq davam edir, amma hələ ki, ortada nəticə yoxdur. Məni bu hala salan həkim nə cəzasını alıb, nə də pulumu geri qaytarıb. İndi də yaxın adamlarım vasitəsi ilə mənə minnətçi düşüb, onu bağışlamağımı istəyir. Mənə pul təklif edir. Lakin geri çəkilən deyiləm. Söhbət maddiyyatdan getmir. Onu bağışlasam, insanlar məni qanayar. Deyərlər, Nazim 10-15 min manata görə, özünü gör nə hala saldı, nəfsinə hakim ola bilməyib, mübarizəsini dayandırdı. Buna görə də sona qədər o həkimlə mübarizə aparacam.

Qeyd edək ki, Nazimin dediyinə görə, həkim tərəfindən 62 manatlıq maddi ziyana düşüb.

Müğənni səhhətindən də danışıb:

“Şükür Allaha, indi turp kimiyəm”.

DİASPOR.AZ