Fuad Muradov: “Xaricdə yaşayan həmvətənlərimizlə bağlı Prezidentin ciddi tapşırıqları var”

“Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Bu, böyük etimad və məsuliyyətdir”.

Diaspor.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov deyib.

O bildirib ki, sədri olduğu Dövlət Komitəsi tərəfindən bütün tapşırıqlar dərhal yerinə yetiriləcək: “Biz bu istiqamətdə öz işimizi davam etdirəcəyik. Xaricdə yaşayan həmvətənlərimiz, uzun müddətdir Azərbaycandan kənarda yaşayan azərbaycanlılar Diasporla İş üzrə Dövlət Komitəsindən dəstək, qayğı və məhəbbət gözləyirlər. Bu istiqamətdə cənab Prezidentin ciddi tapşırıqları var. Biz birlikdə qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyik”.

Diaspor.az