Ərdoğan Arda Turanın nikah şahidi oldu – FOTO

Tanınmış türkiyəli futbolçu Arda Turan evlənib.

DİASPOR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu tez-tez ayrılıb-barışdığı sevgilisi Aslıhan Doğanla ailə qurub.

Mərasimdə yalnız ailə üzvləri iştirak edib.

Ardanın nikah şahidi isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub. Nikaha prezidentin xanımı Əminə Ərdoğan da qatılıb.

DİASPOR.AZ