Diaspor TV fəaliyyətə başladı – VİDEO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Diaspor TV fəaliyyətə başlayıb.

Diaspor.az xəbər verir ki, internet üzərindən yayımlanan televiziyada “Azərbaycan dilində danışan xaricilər” rubrikasının ilk buraxılışı təqdim olunub.

Rubrikanın ilk qonağı alman alimi, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) olub.

Diaspor TV-də yayımlanan “Azərbaycan dilində danışan xaricilər” rubrikası tanınmış telejurnalist və Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızının təqdimatında baş tutub.

Diaspor TV-də "Azərbaycan dilində danışan xaricilər" rubrikası

Diaspor TV-də "Azərbaycan dilində danışan xaricilər" rubrikasının ilk qonağı alman alimi, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess)

Posted by Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi on Friday, September 28, 2018

Diaspor.az