Cəbhəyanı kəndlərin yolları… – Video

əmas xəttində yerləşən 7 cəbhəyanı kəndi birləşdirən əsas yollardan biri təmir olunur.

Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, bu il təkcə Ağdam rayonunda 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub. Onlardan biri də 5.4 km uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur.

Hazırda tikinti norma və qaydalarına uyğun olaraq yol boyu layihəyə uyğun müxtəlif diametrli mövcud suötürücü borunun təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.

Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifahına müsbət təsir edən kənd təsərrüfatının inkişafına gətirib çıxarır.

 

DİASPOR.AZ