Bakıda Hindistan məhsullarının sərgisi açılıb

Bakıda “AMAY” Ticarət mərkəzində “Hindistanın ən yaxşıları-Eksklüziv Hindistan Məhsulları” sərgisinin açılışı olub.

APA-nın xəbərinə görə, sərgidə Hindistanın 95 şirkəti elektrik məhsullar, velosiped, düyü, çay, ədviyyat, qablaşdırma, əczaçılıq  və hədiyyə, əl işləri, dəftərxana ləvazimatları, ev mebeli, tekstil, zərgərlik məhsulları və kosmetika daxil olmaqla, yüksək keyfiyyətli məhsul və xidmətləri nümayiş edib.
Açılış mərasimində iştirak edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana bildirib ki, Hindistanın Ticarət və Sənaye Palatası (PHDCCD) Azərbaycanda əlaqələr qurmaq üçün əməkdaşlar axtarır: “Bu günün davamı olaraq Hindistan-Azərbaycan Biznes Forumu çərçivəsində PHD Ticarət və Sənayə palatası (CCİ) ilə Azərbaycan İxracın və İnvestisiyalarının Təşviqi Fondu (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanacaq”.
Qeyd edək ki, sərgi martın 16-dək davam edəcək.

DİASPOR.AZ