Azərbaycanın nüfuzlu diaspor təşkilatları birləşir

Mərkəzi İsveçin Malmö şəhərində yerləşən , Cavad Deraxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Milli Birlik Təşkilatı və Almaniyanın Köln şəhərində yerləşən  Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəhbəri Rəşad Quliyevin arasında görüş keçirilib.

Bu haqda Diaspor.az-a  DAA-dan bildirilib.

Məlumatda qeyd edilib ki, görüşdə dünyada  mövcud olan Azərbaycan təşkilatlarının fəaliyyəti, Azərbaycanın tanıdılması istiqamətində görülən və görüləcək işlər müzakirə edilib.

Müzakirənin sonunda mühüm qərar qəbul edilib. Belə ki,  hər iki təşkilat arasında birlik haqqında razılaşma əldə olunub və ilkin razılıq olaraq  qurultayın sentyabr ayında Almaniyanın Köln şəhərindəkeçirilməsi qərara alınıb.

Qeyd edək ki , bu günlərdə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlar da birgə bəyanat yayaraq birlik qurultayını dəstəkləyəcəklərini bəyan ediblər.

Məlumatda daha sonra qeyd edilib ki, birlik qurultayına ilk dəsətəklər də artıq var.

Belə ki , Beynəlxalq Diaspora Mərkəzi , Yaxın Şərq Azərbaycanlıları Konqresi də bu məsələni rəsmi qurumlarında  müzakirə edərək birlik qurultayı ideyasına dəstək verəcəklərini bəyan ediblər.

 Diaspor.az