“Azərbaycanda azad seçkilərin keçirilməsi ölkənin demokratik inkişafında daha bir mühüm addım olacaq”

“Aprel ayının 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinin ölkənin demokratik inkisafında cox böyük rolu var”. Bu fikri Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva “Secki-2018.az” saytına bildirib. O bildirib ki, müstəqilliyi yenidən bərpa olunduqdan sonra Azərbaycanda dəfələrlə seçkilər keçirilib: “Almaniyada yaşamağıma baxmayaraq, ölkədə seçki ilə bağlı gedən bütün prosesləri izləyirəm. Azərbaycanda hər keçirilən seçki demokratiya yolunda atılan növbəti addım olub. Ölkədə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün lazımı şərait yaradılır. Eyni zamanda səfirliklərdə də xaricdəki soydaşlarımızın səs verməsi üçün təşkilati işlər görülür. Hər kəs seçkidə iştirak edib öz səsini verir. İnanıram ki, Azərbaycanda demokratik və azad seçkilərin keçirilməsi ölkənin demokratik inkişafında daha bir mühüm addım olacaq”.
Naibə Hacıyeva deyib ki, Azərbaycan oturuşmuş azad və demokratik, deyərdim ki, son 15 ildə çox yüksək sütlə inkişaf edən bir ölkədir: “Artıq Azərbaycan bir çox regional və beynəlxalq layihələrdə aparıcı ölkə qismində iştirak edir. Ölkəmizin həyata keçirdiyi layihələr, o cümlədən keçirilən seçkilər dünya səviyyəsində müsbət qiymətləndirilir”.