Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib – FOTOLAR

“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirmə və motivasiya xarakterli görüş keçirib.

İnterpress.az-a ictimai birlikdən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “HƏMRƏY”-in sədr müavini Elvin Babayev universitetin rektoru, professor Akif Süleymanova təhsil ocağında belə bir görüşün keçirilməsinə şəraiti yaratdığına görə təşəkkürünü bildirib. O, görüşün məqsədi barədə tələbələri ətraflı məlumatlandırıb. E.Babayev maarifləndirmə və motivasiya xarakterli görüşdə gələcəyin gənc mühəndislərinə Azərbaycan dövlətinin texnologiyanın inkişafı istiqamətində gördüyü işləri, cənab prezident İlham Əliyevin qeyri neft sektorunun inkişafına xüsusi diqqət ayırdığını tələbələrin diqqətinə çatdırıb. Qeyd edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası bu gün də uğurla davam etdirilir və Azərbaycan üçün yeni-yeni imkanlar açır. Elə Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin müqaviləsi”nin imzalanması ilə bağlıdır.

Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib - FOTOLAR

Görüşdə iştirak edən elimlər namizədi, ekoloji mühəndis Nazim Məmmədov “Ekoloji mühəndisin iş həyatına hazırlığı və Karyera düsuturu” mövzsunda geniş məlumat verərək öz təcrübəsini gələcəyin gənc mühəndisləri ilə bölüşüb. O, İdarə etmə standartı İSO 9001-2015, Ətraf mühitin mühafizəsi İD. Standartı İSO 18001, Qida Təhlükəsizliyi Standartı İSO 2200-ni araşdırmaq və öyrənmələrini tövsiyə edərək bu standartların dərinlikləri haqqında gələcəyin Ekoloji mühəndislərinə məlumat verib.

Azərbaycanda 15-dən artıq şirkətdə İnsan Resursları idarə edilməsi üzrə çalışmış, bir çox tanınmış şirkətlərin İnsan Resurlarının idarə etmə sistemlərini qurmuş, İSO Beynəlxalq Standartları üzrə məsləhətçi Xəyyam Əsgərov isə öz çıxışında tələbələrə “Nəzəriyyənin peşəkar həyatla uzlaşması” mövzusunda geniş məlumat verib. Sonda universitetin DİTN-nin direktoru Fədai Əfəndiyev görüşün keçirilməsindən məmnunluğunu ifadə edib. Bu görüşü yüksək qiymətləndirərək tələbələrin gələcək iş həyatında əhəmiyyətli rol oynayacağını deyib.

Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib - FOTOLAR

 

Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib - FOTOLAR

 

Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə maarifləndirici görüş keçirilib - FOTOLAR

DİASPOR.AZ