Avropalı deputat özünə erməni soyadı götürdü

Avropa parlamentinin Lüksemburqdan olan deputatı Frank Engel soyadını dəyişib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputat Brüsseldəki mənzilinin qapısına da Engelyan sözləri yazaraq bu qərarını etiraf edib.

Xatırladaq ki, Engel Dağlıq Qarabağa qanunsuz səfərinə görə, XİN-in “qara siyahı”sına düşüb. Deputatın həyat yoldaşı əslən Yerevandan olan Tatev Manukyandır.

Diaspor.az