Arzu Oqtay: Azərbaycan özünün şəffaf seçki modelini formalaşdırıb – MÜSAHİBƏ

DİASPOR.AZ xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Finlandiya -Azərbaycan Assosiasiyasının sədr müavini Arzu Oqtayın sechki-2018.az saytına müsahibə verib.

– Arzu xanım bildiyiniz kimi aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Azərbaycandakı seçki mühitini necə qiymətləndirirsiniz ?

– Demokratik Azərbaycan Respublikası 100 illik seçki təcrübəsinə malikdir. Bu illər ərzində inkişaf edən Azərbaycanda şəffaf seçki modeli formalaşıb. Bu model digər dövlətlər üçün də nümunə hesab oluna bilər.  Azərbaycandakı seçki mühitini müsbət qiymətləndirirəm.

– 11 aprel seçkiləri region üçün hansı əhəmiyyətə malikdir?

– Azərbaycan Qafqaz regionunda həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etmiş lider dövlətdir. Məhz bu baxımdan da tam formalaşmış və güclü bir dövlətdə azad, səffaf şəkildə keçiriləcək seçkilər nəinki dövlət üçün, eyni zamanda qonşu dövlətlər üçün də mühüm əhəmiyyət daşıyacaq. 11 apreldə keçiriləcək prezident seçkiləri Azərbaycan tarixinə  yazılacaq. Qarşıdan gələn prezident seçkiləri də Azərbaycanın müstəqilliyinə güc qatacaq.

DİASPOR.AZ