Uğur Əfəndiyev: Diasporumuz seçkilərdə fəal olmalıdır

Salikomskidə Azərbaycan diaspor təşkilatının rəhbəri Uğur Əfəndiyevin DİASPOR.AZ saytına 11 apreldə Azərbaycanda keçiriləcək növbədən kənar prezident seçkiləri ilə bağlı müsahibə verib.
Uğur müəllim bildiyiniz kimi aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Azərbaycandakı seçki mühitini necə qiymətləndirirsiniz ?
Demokratik, azad və firavan Azərbaycan Respublikası 100 illik seçki təcrübəsinə malikdir. Bu illər ərzində inkişaf edən Azərbaycan Respublikasında şəffaf seçki modeli formalaşıb. Bu model xarici ölkələr üçün də nümunə hesab oluna bilər. Azərbaycandakı seçki mühitini müsbət qiymətləndirirəm.
11 aprel seçkiləri xaricdə yaşayan həmyerlilərimiz üçün hansı əhəmiyyətə malikdir?
Azərbaycan MDB ölkələri içində həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etmiş lider dövlətdir. Məhz bu baxımdan da tam formalaşmış və güclü bir dövlətdə azad, səffaf şəkildə keçiriləcək seçkilər nəinki dövlət üçün, eyni zamanda xaricdə yaşayan azərbaycanlılar üçün də mühüm əhəmiyyət daşıyacaq. 11 apreldə keçiriləcək prezident seçkiləri Azərbaycan tarixinə yazılacaq. Qarşıdan gələn prezident seçkiləri də Azərbaycanın müstəqilliyinə güc qatacaq. Ölkə rəhbərliyinin uğurlu diaspor siyasəti nəticəsində bu gün Azərbaycandan kənarda Azərbaycanın inkişafında fəal iştirak edən güclü diaspor ordusu formalaşıb. Cəmiyyətin ən fəal təbəqəsi kimi xaricdə yaşayan Azərbaycan vətəndaşları da seçkilərdə fəal olmalıdırlar. Diasporumuz bütün ictimai-siyasi proseslərdə daim aktiv olub və Azərbaycan diasporu olaraq apreldə keçiriləcək prezident seçkilərinin, xaricdə yaşayan Azərbaycan vətəndaşları arasında seçki kampaniyasının yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edəcəyik.
DİASPOR.AZ